AŞPA yeni qətnamə qəbul etdi: “Ermənistan dezinformasiyalarla öz ictimaiyyətini növbəti dəfə aldatdı” backend

AŞPA yeni qətnamə qəbul etdi: “Ermənistan dezinformasiyalarla öz ictimaiyyətini növbəti dəfə aldatdı” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə qəbul edilib. Qətnamədə 1991-1994-cü illərdə baş verən birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlük ikinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb. Qarabağ müharibəsi zamanı baş verən insan faciəsinin aradan qaldırılması məqsədilə hər iki tərəfə tövsiyələr ünvanlanıb. Eyni zamanda, qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar.

Mövzu ilə əlaqədar Editor.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri,  politoloq Zaur Məmmədov bildirib ki, sözügedən qətnaməni Ermənistanın AŞPA-dakı nümayəndələri və Ermənistan mətbuatı “Ermənistanın qalibiyyəti” kimi qiymətləndiriblər:

“Onlar bilərəkdən minalanmiş ərazilər, itkin düşmüş şəxslər, qaçqın və məcburi köçkünlərlə bağlı Ermənistana edilən xəbərdarlıqları göz ardına vuraraq erməni ictimaiyyətindən gizlətdilər. Eyni zamanda, ele bil informasiya yayıblar ki, guya verilən qərarlar Ermənistanın leyhinədir. Ermənistan hər zaman müxtəlif təşkilatlar tərəfindən verilən qərarları öz istədiyi kimi interpretasiya edir. Ermənistan heç BMT TŞ-nin qətnamələrini yerinə yetirmədi, o ki qaldı, sözügedən qətnaməyə əməl etsin. Ermənistana təsir göstərəcək yeganə vasitə “Dəmir Yumruq” dur. Zaman da göstərdi ki, Ermənistan yalnız Azərbaycanın diktəsi altında öhdəliklərini yerinə yetirməyə məcburdur”.

//Gülnarə Abasova, Editor.az