Ermənilər sülhməramlıları atəşə tutdu: ölən varbackend

Ermənilər sülhməramlıları atəşə tutdu: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub.

Editor.az Cebhe.info-ya istinadən xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlıların komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və atəş açan 4 erməni həbs edilib.

Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin “Lragir.am” saytının yazdığına görə, Laçın keçidindən keçməklə sülhməramlı missiyanın bir kalonu Ukraynaya səfər etməliydi:

“Lakin ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata əl atıb”.