Fransada 300-dən çox sənətçidən Makrona məktubbackend

Fransada 300-dən çox sənətçidən Makrona məktub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada məşhurlar son həftələrdə ölkədə şiddətli etirazlara və kütləvi tətillərə səbəb olan prezident Emmanuel Makronun həyata keçirtdiyi pensiya islahatına etiraz olaraq hökumətə açıq məktub yazıblar.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, 300-dən çox sənətçi Makrondan pensiya yaşını 62-dən 64-ə qaldıran qanunu geri götürməyi tələb edib.

Məktubu imzalayanlar arasında Juliette Binoche, Noémie Merlant Camille Cottin, Laure Calamy, Alice Diop, rejissorlar Saint Omer və Mişel Hazanavicius kimi məşhur adlar da var.

//Gülnarə Abasova, Editor.az