Gürcüstanın irəli sürdüyü sülh formatı: ” Təşəbbüslər heç bir nəticə verməyəcək, çünki..”backend

Gürcüstanın irəli sürdüyü sülh formatı: ” Təşəbbüslər heç bir nəticə verməyəcək, çünki..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda siyasi, iqtisadi və təhlükəsizlik aspektləri kardinal olaraq dəyişib. Azərbaycan öz möhtəşəm qələbəsi ilə regionda bütün sahələr üzrə yeni reallıqlara imza atdı.Regionlararası keçid, daşımalarda strateji bənd olan Cənubi Qafqaz regionu tarix boyu hər zaman qlobal güclərin diqqətində olub. Cənubi Qafqaz qlobal siyasi-iqtisadi, hərb-strateji əhəmiyyətə malik , Mərkəzi Asiyadan Yaxın Şərqə unikal mineral ehtiyatların daşınmasında, qlobal iqtisadiyyatın normal fəaliyyətinin əsasını təşkil edən karbohidrogen daşınmalarında Avropa, Asiya və Afrikanı birləşdirən strateji yolların keçdiyi bu regiondur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

O, bildirib ki, uzun illər müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq Azərbaycanın regionda həmişə həlledici mövqedə olub:

“19-cu əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin yerləşdirilməsi ilə Rusiya yeni reallıqlar formalaşdırmağa çalışsa da əsas keçidlər Azərbaycana aiddir. Azərbaycanla Ermənistan arasında uzun illər mövcud olan konfliktindən hər iki ölkə ilə xoş münasibətləri olan Gürcüstan hər zaman istifadə edib. Lakin 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Gürcüstanı proseslərdən qismən kənar qaldı. Gürcüstan Cənubi Qafqazda Rusiya ilə konflikti olan yeganə ölkədir. Vətən müharibəsinə qədər Gürcüstanın xeyrinə olan məqamlar artıq onun əleyhinə dəyişir. Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda Gürcüstan Rusiyanın qaydaları ilə oynamağa məcburdur. Ona görə də Gürcüstan Rusiyanın əlini gücləndirəcək heç bir layihədə iştirak etmək istəmir və bunu açıq şəkildə göstərir. Azərbaycan və Türkiyənin təşəbbüskarı olduğu “3+3” platformasında iştirak etməyən Gürcüstan özünü proseslərdən kənarda qoyur. Gürcüstanın irəli sürdüyü “Cənubi Qafqazda dinc mehriban qonşuluq” təşəbbüsü isə mövcud təşəbbüsləri təkrarladığı üçün faydalı hesab olunmur”.

Siyasi analitikin sözlərinə görə, Cənubi Qafqazda Rusiyanın iştirakı ilə olmayan bu sülh formatı özünü uzunmüddətli doğrultmayacaq:

“Gürcüstanın təklif etdiyi təşəbbüslər altılıq formatı Azərbaycan, Türkiyə, İran, Ermənistan və özünün iştirakı ilə dördlük formatında təkrarlayır. Çünki Gürcüstan Rusiya ilə əməkdaşlıq etmək və onunla heç bir platformada yer almaq istəmir. Lakin siyasi-iqtisadi dəyərləndirmədə Rusiyanın iştirakı ilə baş tutacaq platformalar daha uğurlu sayılır. Konkret olaraq Gürcüstanın təklifinin dəyərləndirməsinə gəlsək, irəli sürülən bu təşəbbüslər diğər formatların artıq mövcud olan şərtləri təkrarladığı üçün heç kim üçün cazibədər olmayacaq”.

//Gülnarə Abasova, Editor.az