HİMARS-la 400-dən çox hədəf vurulubbackend

HİMARS-la 400-dən çox hədəf vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna HIMARS-la Rusiyanın 400-dən çox hədəfini vurub.

Editor.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli deyib. “Biz görürük ki, bu sistemlərdən istifadə Ukraynaya real üstünlüklər verir. Məsələn, onlar HIMARS-la 400-dən çox hədəfi vurublar və bu, dağıdıcı təsir bağışlayır”, – Milli deyib.

O, əlavə edib ki, hədəflərin vurulması Rusiyanın təchizat zəncirlərində gərginlik yaradıb və onların döyüş qabiliyyətini azaldır. “Komandir postları vurulub. İndi onlar döyüşdə itirdiklərini əvəz etməkdə və öz qüvvələrini təmin etməkdə çətinlik çəkirlər. Milli onu da bildirib ki, təmas qrupunun bütün üzvləri Ukraynanın azadlığını qorumaq üçün bundan sonra da əməkdaşlığı davam etdirəcəklər.

  //Samir,Editor.az