Lənkəranda avtomobil piyadanı vuraraq öldürübbackend

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Editor.az xəbər verir ki, APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Darquba kəndində qeydə alınıb.

KIA markalı avtomobil Darquba kənd sakini, 1994-cü il təvəllüdlü Elgün Hüseynağa oğlu Rəhimovu vurub, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində piyada E. Rəhimov hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, sürücü Lənkəran rayonu Şovu kənd sakinidir.

Faktla bağlı araşdırma aparılır.