Medvedev Tula silah zavoduna niyə gedib?backend

Medvedev Tula silah zavoduna niyə gedib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Tulada hərbi sənaye kompleksinin müəssisələrində olub. O, Müdafiə Nazirliyinin və müdafiə sənayesinin nümayəndələri ilə silah tədarükünün sürətləndirilməsini müzakirə edib.

Editor.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının rəhbərinin müavini özü məlumat verib. Medvedev Tulada hərbi texnikaya, o cümlədənsilah modellərinə baxış keçirib və silah tədarükünün sürətləndirilməsi, dövlət müdafiə sifarişinin vaxtında yerinə yetirilməsi məsələlərini müzakirə edib.

Qeyd edək ki, bu, Medvedyevin dövlət müdafiə sifarişi ilə bağlı vəziyyətə nəzarət etmək üçün regionlara ilk səfəri deyil. Avqustun sonunda o, Permdə Motovilixa zavodlarına və Perm barıt zavoduna baş çəkmişdi.

//Samir, Editor.az