“Mir Mövsüm Ağa” ziyarətgahında ÖZBAŞINALIQ: Kənardan qurbanlıq gətirmək olmazbackend

“Mir Mövsüm Ağa” ziyarətgahında ÖZBAŞINALIQ: Kənardan qurbanlıq gətirmək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mir Mövsüm Ağa” ziyarətgahında özbaşınalıq hökm sürür.

Yenicag.az xəbər verir ki, bununla bağlı ziyarətgaha gedən vətəndaşlar sosial şəbəkələrdə məlumat paylaşıblar.

Qeyd edilir ki, ziyarətgaha gedənlər qurbanlıq heyvan aparsalar da, Hacı Nizam adlı ziyarətgah vəzifəlisi kənardan gətrilən heyvanın kəsilməsinə icazə verməyib. Hacı Nizam ziyarətgahda yalnız burada saxlanılan heyvanların qurban kəsilə biləcəyini qeyd edib.

Üstəlik, həmin şəxsin ziyarətgahda yalnız 8 aylıqdan yuxarı, 10 kq-dan çox olan heyvanın qurban kəsilməli olduğu ilə bağlı qayda tətbiq etdiyi də bildirilir. Ziyarətgah daxilində isə heyvanların qiyməti bahadır.