Nikita Ciqurda: Mənə Ukrayna prezidentliyi təklif olunmuşdubackend

Nikita Ciqurda: Mənə Ukrayna prezidentliyi təklif olunmuşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı hərdəmxəyal Nikita Ciqurda ona Ukrayna prezidenti olmaq “təklif edildiyini” söyləyib və guya bu səbəbdən o, Ukrayna vətəndaşlığından imtina etməyib.

Editor.az bildirir ki, Ciqurda Rusiyanın KP radiosunun efirində bunun 2013-cü ildə baş verdiyini iddia edib. Onunla “Putinin xaç atası” Viktor Medvedçukun ətrafından olan insanlar danışıblar və bu, “Xalqın xidmətçisi” serialından əvvəl olub: ” 2013-cü ildə mən Viktor Medvedçukun adamları ilə SBU səviyyəsində görüşdüm, Ukrayna prezidentliyinə namizəd olmaq üçün yalnız Rusiya Federasiyası tərəfdarı olanlar dəvət edilmişdi.

Zelenskidən əvvəl hələ serial yox idi, bunu anqlo-saksonlar irəli sürdülər”, hərdəmxəyal deyib. Ciqurdanın “etirafları” bununla bitməyib. O, iddia edib ki, guya buna görə də Rusiya vətəndaşlığını almaqdan imtina edib. Putinist Medvedçukun təklifi ilə razılaşıb və əmin olub ki, uğur qazanacaq. Ciqurda hətta özü üçün “imic” yaratmağa çalışıb. O, qrupla birlikdə çıxış etdiyini və Ukrayna mahnıları oxuduğunu deyib. Bundan əlavə, Putinist “Maydan”ı xatırladıb və orada himnin “öz versiyasını” oxuduğunu bildirib.

  //Samir Qurbanov,Editor.az