Rusiya Ermənistanın qazını kəsir: indilik müvəqqətibackend

Rusiya Ermənistanın qazını kəsir: indilik müvəqqəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müvəqqəti olaraq Ermənistanın qazını kəsəcək.

Editor.az bildirir ki, Bu barədə “Qazprom-Armenia” xəbər yayıb. Şirkətdən izah ediblər ki, fevralın 14-də günortadan sonra Stavropol diyarında “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində natamam tıxanma baş verib.

Fövqəladə vəziyyət nəticəsində Ermənistana qaz ötürülməsi xeyli azalıb. Bu səbəbdən, sabahdan bəzi yanacaqdoldurma məntəqələrinə qazın verilməsinin dayandırılması qərara alınıb. Bu, qəzaların qarşısını almağa və digər istehlakçıların qaz təchizatını kəsməməyə kömək edəcəkdir.

 //Samir Qurbanov, Editor.az