Rusiyadan təhdid: “Sonunuz Ukrayna kimi olacaq”backend

Rusiyadan təhdid: “Sonunuz Ukrayna kimi olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın işğal cəhdindən bir ay keçmək üzrədir. Keçən ayın 24-də başlayan prosesdə hələ də müharibəni dayandıracaq bir nəticə qeydə alınmayıb. Tərəflər arasında danışıqlar davam edərkən, Rusiya Prezidenti Putin və Ukrayna Prezidenti Zelenskinin bir araya gəlib-gəlməyəcəyi məsələsi isə hələ də qaranlıq olaraq qalır.

3 milyondan çox insanın ətraf ölkələrə sığınmaq məcburiyyətində qaldığı, minlərlə dinc sakinin həyatını itirdiyi müharibənin acı siması günü-gündən daha aydın görünməyə başlayır. Bunlar baş verərkən müharibənin iqtisadi baxımdan təsirləri daha çox mübahisə doğurur. Hər iki ölkənin, xüsusilə buğdada dünyanın iki mühüm istehsalçısı olmaları, bu iki ölkənin həm də Avropa ilə kommersiya və xüsusilə enerji əlaqələrinə mane olmaq üzrədir.

Digər tərəfdən, Avropa ölkələrindən başqa, xüsusilə Afrika ölkələrinin bu iki dövlətdən buğda asılılığının yüksək səviyyədə olduğunu görürük. BMT-nin 2022-ci ilin mart məlumatlarına görə, Burundi, Konqo, Madaqaskar, Toqo və Mozambik kimi ölkələr buğda baxımından demək olar ki, 100 faiz Rusiyadan asılı vəziyyətə düşüb. Somali, Tunis, Mavritaniya, Liviya və Qambiya kimi ölkələr də Ukraynadan çox asılıdır.

Prosesin sonunda faktiki olaraq, Rusiya qalib gəlsə də, bu qazancı uzunmüddətli perspektivdə saxlamaq mümkün görünmür. Bu iki ölkə ilə ticarət edən digərləri, o cümlədən həm Avropa, həm də Afrika ölkələri artıq hər bir əmtəə üçün müxtəlif variantları öyrənməyə başlayıblar. Ancaq bu dəfə xərclər artmağa başlayır. Bu vəziyyət Rusiyanın əhəmiyyətini anlamaq kimi təqdim edilsə də, Rusiya iqtisadiyyatındakı vəziyyət Putinə müharibəni uzun müddət davam etdirmək üçün lazımi alətləri verməyə kifayət etmir. Yəni Rusiya da ciddi itkilərlə üz-üzədir. İstədiyi məqsədlərə tam nail ola bilməyən, hətta geri dönə bilməyən Putinə müharibəni dayandırmağın da Onun üçün də mühüm qazanclar gətirəcəyini göstərmək lazımdır.

Bəs buna nə ehtiyac var? Çünki Rusiya Finlandiya və İsveç kimi NATO-ya üzvlüklə bağlı müzakirələrə başlayan Bosniya və Kosovonu da təhdid etdi. Bu təhdiddən çıxan mesaj isə belədir: “Əgər niyyətindən əl çəkməsən, sonun Ukrayna kimi olacaq”. Bu halda “Rəqibiniz geri çəkilsin deyə qızıldan bir körpü inşa edin” deyən müharibə strateqi Sun Tzunun fikrinə qulaq asmaq lazımdır. Putin artıq rasional düşünmür. Geriyə qayıtmaq üçün ona uğur hekayəsi kimi öz ictimai rəyinə təqdim edəcəyi bir ləvazimata ehtiyacı var. Məhz “qızıldan hazırlanmış qayıdış körpüsü” Putini dayandıra bilər. /

Bizimyol.info