Rusiyanın bu bəyanatları nəyə hesablanıb?-“Ona qarşı sərt addımlar atıla bilər”- Politoloq ŞƏRH EDİRbackend

Rusiyanın bu bəyanatları nəyə hesablanıb?-“Ona qarşı sərt addımlar atıla bilər”- Politoloq ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dəfələrlə buna oxşar sərt bəyanatlar səsləndirib. Bu bəyanat daha təhlükəli xarakter daşıyır və bu, müəyyən “qırmızı xətt”i keçmək deməkdir. Söhbət informasiya təbliğat maşının tərkib hissəsindən gedir”.

Bu fikirləri Editor.az-a politoloq Fikrət Sadıxov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynaya qoşun göndərən istənilən ölkələrin ərazisinə nüvə zərbəsi endiriləcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanı tam işğal edə bilmir:

“Moskva ciddi çətinliklərlə üzləşir və problemlər yaranır. Eyni zamanda, Qərb ölkələri də birləşib Ukraynaya dəstəyi davam etdirirlər. Hətta Ukraynaya qoşun göndərmək məsələsi də müzakirə edilir. Təbii ki, buna qarşı Rusiya da cavab addımı atacaq. Hələ ki, Kreml belə sərt bəyanatlarla çıxış edir. Ancaq bu, reallığa uyğun deyil. Çünki Moskvada yaxşı başa düşürlər ki, dünyada nüvə silahına malik bir çox dövlət var. Onlar da bu silahı istifadə edə bilər, bunu gizlətmirlər. Ona görə bu bəyanatlar rus qoşunlarını ruhlandırmaq, Rusiyanın orada müəyyən çətinliklərlə üzləşmək məsələsinin üstünü örtmək və müəyyən bəyanatlarla bunu qabartmaq və beləliklə, ölkənin imicinə müəyyən müsbət xal gətirmək məqsədilə verilir”.

//Gülnarə Abasova, Editor.az