Ruslar darmadağın oldu, “Kadırovçular” gəldibackend

Ruslar darmadağın oldu, “Kadırovçular” gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kadırovçular” Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinə gətirilib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

“Xerson vilayətinin müvəqqəti işğal olunmuş hissələrində rus ordu qruplaşmasını gücləndirmək üçün milli əsasda yaradılmış 1300 nəfərə qədər “Kadırovçular”dan ibarət birlik gəlib”, – məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Xerson və Xarkov istiqamətində əks hücuma keçib. Sentyabrın 8-i Xarkov vilayətinin bir sıra kəndləri, eləcə də 6 ay ərzində Rusiya ordusunun nəzarətində olan Balakliya şəhərini işğaldan azad ediblər.

Cəmi üç gün ərzində ukraynalı döyüşçülər Xarkov yaxınlığında Rusiyanın işğal etdiyi ərazilərdə 50 km irəliləyiblər.

 //Samir, Editor.az