Ruslar Mərkəzi Asiyadan olan əmək miqrantlarını cəbhəyə göndərmək üçün “dilə tuturlar”backend

Ruslar Mərkəzi Asiyadan olan əmək miqrantlarını cəbhəyə göndərmək üçün “dilə tuturlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Asiyadan olan əmək miqrantlarını Ukraynaya müharibəyə göndərmək üçün fəal şəkildə əməkdaşlığa cəlb edirlər.

Editor.az xəbər verir ki, bununla bağlı Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında yazılıb. Qeyd olunur ki, tacik və özbək dilli zabitlər ruslar mütəmadi olaraq məscidlərə və immiqrasiya idarələrinə baş çəkirək, əmək miqrantlarını “əməkdaşlığa” cəlb etməyə çalışırlar.

“Azad Avropa Radiosu” bildirir ki, onlar miqrantlara 2390 dollarlıq qeydiyyat bonusları və ayda 4160 dollara qədər əmək haqqı təklif edirlər. Miqrantlara Rusiya vətəndaşlığını almaq üçün sürətləndirilmiş yol da vəd edilir: beş il əvəzinə altı aydan bir ilə qədər. İcmalda o da deyilir ki, bu çağırışçılar çox güman ki, Ukraynaya qarşı vuruşmaq üçün cəbhəyə göndəriləcəklər.

  //Samir Qurbanov,Editor.az