Saatlıda 31 yaşlı qadın intihara cəhd etdibackend

Saatlıda 31 yaşlı qadın intihara cəhd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlıda intihara cəhd hadisəsi olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Nəsimikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Lakin yaxınları bundan vaxtında xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olub. A.Bəkirova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.