Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldıbackend

Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı yolunda şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Editor.az xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.