Samuxda narkotik yetişdirən şəxs saxlanılıb – FOTObackend

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zeynal Zeynalov rayon ərazisindəki meşəlikdə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs həmin bitkiləri dipçəkdə əkdikdən müəyyən müddət sonra sözü gedən əraziyə köçürdüyünü etiraf edib.Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

//İlham, Editor.az