Müdafiə naziri Oleksiy Reznikov Ukraynanın Almaniyadan ikinci “IRIS-T” Zenit-Raket Kompleksi aldığını təsdiqləyib.
Editor.az xəbər verir ki, bu barədə Reznikovun “Facebook” mesajında deyilir. O, Ukraynanın hava hücumundan müdafiə sisteminin inkişafında göstərdikləri köməyə görə tərəfdaşlarına təşəkkür edib: ” Daha bir “İRİS-T”nin quraşdırılması qanadlı raketlərlə mübarizə qabiliyyətimizi artırır”, – müdafiə naziri bildirib və sadaladığı sistemlərin “artıq Müdafiə Qüvvələrinin sıralarında” olduğunu qeyd edib.
Bundan əvvəl Almaniyanın Ukraynaya vəd etdiyi dörd “IRIS-T SLM” zenit-raket kompleksindən ikincisini təhvil verməsi faktını “Spiegel” də təsdiqləyib. Qeyd edək ki, “IRIS-T SLM” hava hücumundan müdafiə sistemi üç maşından ibarətdir: səkkiz raket üçün yer olan hərbi yük maşınında işəsalma qurğusu, radar maşını və komanda maşını. Zenit raketləri 20 kilometrə qədər hündürlükdə və 40 kilometrə qədər məsafədə olan hədəfləri vura bilir. Bundan əvvəl Almaniya da Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərildiyini elan etmişdi.
//Samir Qurbanov,Editor.az