Ukrayna hərbçiləri Kupyansk şəhərini tamamilə azad edibbackend

Ukrayna hərbçiləri Kupyansk şəhərini tamamilə azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb.

Editor.az “report”a istinadən xəbər verir ki, bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi, 24 fevral 2022-ci ildə, Rusiyanın Ukraynanya hücum etdiyi gün yaradılıb-red) hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib.

“Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi”, – Veliçko qeyd edib.

S.Veliçko əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.

Qeyd edək ki, şəhərin bir qisminin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.