Ukraynanın üzündən Berlin səması müdafiəsiz qalıbbackend

Ukraynanın üzündən Berlin səması müdafiəsiz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Almaniyanın “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Papperger bildirib ki, onun şirkəti “Skynex” və “Skyranger” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verib.

Editor.az xəbər verir ki, Konsern rəhbərinin sözlərinə görə, bu sistemlər Berlin səmasını qorumaq üçün istifadə olunmalıydı: “Hazırda Berlini qoruya biləcək iki sistem Ukraynadadır.

Bu isə o deməkdir ki, indi Berlin havadan qorunmur. “Skynex” hava hücumundan müdafiə sistemində uzaqdan idarə olunan “Oerlikon” 35 mm-lik qüllə silahı, “X-TAR3D” axtarış radarı və “Cheetah” idarə olunan raketləri var. “Skyranger” sistemi 35 mm-lik Oerlikon revolver silahı olan yüksək mobil hava hücumundan müdafiə sistemidir.

“Rheinmetall” iki “Skynex” sisteminin dəyərini 182 milyon avro dəyərində qiymətləndirib. Almaniya hökuməti sistemlərin istehsalı ilə bağlı xərcləri öz üzərinə götürməli idi, – mənbə qeyd edib. Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, NATO ölkələri 2021-ci ildən bəri Ukraynaya 1100-dən çox hava hücumundan müdafiə sistemi tədarük edib.

  //Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!