Xaçmazda AİLƏ MÜNAQİŞƏSİ: 43 yaşlı qadını öldürən ərinə cinayət işi açıldıbackend

Xaçmazda AİLƏ MÜNAQİŞƏSİ: 43 yaşlı qadını öldürən ərinə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Xaçmaz Rayon Prokurorluğunun məlumatında deyilir.

Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Milli.Az