Xerson istiqamətində düşmənə ciddi zərbəbackend

Xerson istiqamətində düşmənə ciddi zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 8-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində iki ponton körpüyə və Rusiyaya məxsus komanda məntəqəsinə zərbələr endirib.

Editor.az xəbər verir ki, bu barədə Facebook-da Cənub Əməliyyat Komandanlığı məlumat yayıb. Məlumatda deyilir: “Raket və artilleriya bölmələrimiz atəş tapşırıqlarını yerinə yetirərkən bir gecədə düşmənin komanda məntəqəsini, raket və artilleriya silahlarının cəmləşdiyi ərazini, Daryevka və Xersonda 2 ponton körpünü vurdular”. “Cənub” ƏQ əlavə edib ki,, 29 əsgər, 4 tank və bir desant döyüş maşını məhv edilib.

  //Samir,Editor.az