Zelenski ABŞ-dan NATO-ya üzvlük planı ilə bağlı konkret CAVAB İSTƏDİbackend

Zelenski ABŞ-dan NATO-ya üzvlük planı ilə bağlı konkret CAVAB İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydendən Ukrayna üçün NATO-ya Üzvlük Fəaliyyət Planı ilə bağlı açıq şəkildə “hə” və ya “yox” cavabını eşitmək istədiyini bildirib.

Editor.az xəbər verir ki, ” Reuters”, “Associated Press” və “France-Presse”ilə birgə müsahibəsində Zelenski həmçinin ABŞ-ın Ukraynaya iqtisadi dəstək verməli olduğunu söyləyib.

Eyni zamanda, onun sözlərinə görə, yazda Ukrayna sərhədinə yaxın ərazilərə yerləşdirilən rus qoşunlarının əksəriyyəti geri çəkilməyib.

//Gülnarə Abasova, Editor.az