“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölübbackend

“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Atletiko” klubunun sabiq futbolçusu Migel Cons koronovirusdan ölüb.

Editor.az apasport.az-a istinadən bildirir ki, Madrid təmsilçisinin sabiq yarımmüdafiəçisi 82 yaşında dünyasını dəyişib.

Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq futbol veteranı koronavirusa da yoluxub. Məhz bu virus onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.

Qeyd edək ki, Ekvatorial Qvineyadan olan futbolçu “Atletiko”da bir dəfə İspaniya çempionu (1966), üç dəfə ölkə kubokunun qalibi (1960, 1961, 1965) adını qazanıb, həmçinin 1962-ci ildə Kuboklar kubokuna yiyələnib. Cons karyerası ərzində “İndauçu”, “Barakaldo” və “Osasuna”da da çıxış edib.