backend

Bərdədə qardaş bacısını baltaladı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bərdə şəhərində baş verən dəhşətli qətlin ilkin təfərrüfatı bəlli olub.
Bərdə Şəhər Polis Şöbəsindən virtualaz.org saytına bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. “İlkin məlumatlara görə, 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimli ilə münaqişə edib. Bundan sonra o, bacısını baltalayaraq öldürüb. Bacısını öldürəndən sonra isə polis şöbəsinə gələrək, törətdiyi hadisəni etiraf edib”, – polisdən bildiriblər.
Məlumatlara görə, Leyla İbrahimli bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişi ilə ayrılıb. Hazırda polis əməkdaşları hadisə yerindədir.
Faktla bağlı cinayət işi açılıb.