backend

Yenə İstanbul: Quli Lənkəranskinin “taxt”ına çıxır? – İlginc ssenari/müdhiş iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quli Lənkəranskinin “taxt”ına çıxır?Belə iddialar səslənir ki, son iki gün ərzində baş verənlər ssenariləşdirilib: əvvəlcə məhkumların qatardan qaçmasına şərait yaradılır, (onların indiyə qədər yeri təsbit edilməyib) ardınca “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifov azadlığa buraxılır
Bu iki olayın arxasındakı planın nədən ibarət olduğunu təyin etmək çətindir.
Amma mümkün versiyalardan biri “Lotu Quli”nin qətlə yetirilən kriminal avtoritet Rövşən (Canıyev) Lənkəranskinin “taxt”ına çıxarılmasıdır.
Onun qətlindən sonra Rusiya bazarlarında göyərti sahəsinə nəzarət, kriminal avtoritetləri bir əldə cəmləmək mümkünsüzləşib.
Eləcə də Lənkəranskidən sonra adlı-sanlı elə bir avtoritet ortalığa çıxmadı ki, yerini az da olsa doldursun və ya vəzifələrini icra eləsin.
Bu halda Rusiya və başqa dairələrin Azərbaycan tərəfindən “lotu Quli”nin xahişini etmələri versiyası istisna edilmir.
Görünür ki, N.Səlifovun azadlıqda kriminal aləmə nəzarət etmək, “smatrayuşi” olmaq imkanlarının daha əlverişli qiymətləndirilib və qərara gəlinib.
“Polisə dəstək” İctimai Birliyinin sədri, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsahibələrin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə eksperti Şəmsəddin Əliyevin sözlərinə görə, əgər “Lotu Quli”ni, yəni Nadir Səlifovu digər avtoritetlərə nəzarət etmək, onları əldə saxlamaq üçün buraxırlarsa bu həqiqətən təəssüfedici bir haldır:
“Ümidvaram ki, bu belə deyil. Belə olarsa bu qeyri-peşəkarlıq və kriminal avtoritetlər qarşısında acizlik əlaməti olardı.
Sadəcə olaraq mən Nadir Səlifovun azadlığa buraxılması ilə digər kriminal avtoritetlərin vaqondan qaçmasının eyni zamana rast gəlməsini tam təsadüf adlandırardım. Heç də bir-birlərinə bağlılığı olmayan hadisələrdir”.
Palitika.Az xəbər verir ki, sağlığında Lənkəranski ilə Quli arasında vaxtaşırı konflikt olub. Bunu N.Səlifov özü bəyan etməyib.
Amma tərəfdarları arasında müxtəlif münaqişələr yaşanıb. Ondan sonra meydanın Səlifova verilməsi Lənkəranskinin admaları tərəfindən necə qarşılanacaq müəmmalıdır.
Maraqlıdır ki, R.Canıyev kimi N.Səlifov da Türkiyəni seçib. Son vaxtlar Türkiyə kriminal avtoritetlərin təhlükəsizlik məkanı rolunu oynayır.
Vəkili Təranə Əliyeva deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə N.Səlifov ötən gün azadlığa çıxıb.
Vəkilin sözlərinə görə, “Lotu Quli” hazırda Gürcüstandadır: “Onun səhhətində problemlər var. 23 ildir ki, içəridə idi”. “Lotu Quli” cəzasının 3/4-ü çəkdiyi üçün dünən azadlığa buraxılıb.
Qanuni oğru Nadir Səlifovun (Lotu Quli) İstanbulu özünə əsas qərargah seçəcəyi gözlənilir.
Bu iddia ilə Rusiya mətbuatı çıxış edib. Mətbuat məhz buradan Qulinin öz fəaliyyətini həyata keçirəcəyini bildirib.
“Qulinin azadlığa çıxması ilə oğru dünyasında dəyişikliklər gözlənilir. Bu cür dəyişikliklər Şakro Molodoyun (Zaxariya Kalaşov) azadlığa çıxması ilə yaşanmamışdı. Maraqlı məqam odur ki, Şakronun İspaniyada həbsdə olan zaman təsiri də Qulidən daha az idi.
Şakro kimi Quli də oğru klanlarının konflikti kimi məşhur olan Oniani (Tariyel Oniani) və Usoyan (Aslan Usoyan – Ded Xasan) müharibəsindən uzaqdan durmaqla ləkələnməyiblər.
Bu, Qulinin avtoritetini müharibədə ləkələnənlərdən daha yüksəyə qaldırır və bu konfliktin həllində müstəqil tərəf olmasına imkan yaradır. Böyük ümidlərin bəsləndiyi Şakro konflikti dondursa da, konflikt tərəflərini barışdıra bilməmişdi. İndi Qulinin əlində imkan var ki, konflikti ölüm nöqtəsindən tərpətsin. Əgər bunu etməyə arzusu olsa, bu, Qulinin əsas hədəfi sayılacaq.
Problem ondadır ki, hələlik konflikt tərəflərinin özləri barışmaq istəmirlər. Başqa bir məsələ isə Quliyə həm də konfliktdən kənarda qalaraq hər şeyi olduğu kimi saxlamaq da sərf edir.
Quli Ded Xasan və Rövşən Lənkəranski kimi böyük fiqurlarla həbsdən çıxmadan düşmənçilik edərək, yuxarıya doğru addımlamağı bacarıb.
//Palitika.Az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!