“Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır” – Səfir

11:24 | 15 Aprel, 2019

“Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

Səfir bildirib ki, Azərbaycan beynəlxalq sülhün təmin olunmasına mühüm töhfə verir, Əfqanstana sülhməramlı qoşunlarını göndərir.

O qeyd edib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə narkotiklərə qarşı mübarizədə mühüm rol oynayır.

Ö.Litzenberqer Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyini də vurğulayıb.

//Trend