Məmmədyarov: Təyyarədə erməni jurnalistlərlə danışdımbackend

Məmmədyarov: Təyyarədə erməni jurnalistlərlə danışdım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təyyarədə erməni jurnalistlərlə fikir mübadiləsi apardım.

Sual verdikdə dedilər ki, diaspor bizə kömək edir.

Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək ismarıclarımız da güclü olacaq.

Bu sözləri V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” sessiyasında çıxışı zamanı Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarovun sözlərinə görə, çoxtərəfli prinsip ətrafında fikirlər yürüdərək nələrəsə nail ola bilərik.

“Münaqişə 30 ilə yaxındır ki davam edir. Belə münaqişələr zamanı davamlı inkişaf ola bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır”, – deyə nazir bildirib.

//Editor.az