Lənkəran “MERO”da qiymətlər qaldırıldı – Yeni rəis müavini vasitəsi ilə sürücülük vəsiqəsi üçün 1200 manat istəyir

16:40 | 26 May, 2019

Cənub bölgəsində «prava» almaq istəyənlər “MERO”  rəisi Mübariz müəllimin maklerlərinin və müavini Raqibin əlində giriftar qalıb.

GUNinfo.az-a Lənkəran “MERO” ilə bağlı bir qrup narazı şəxslərdən müraciəti daxil olub. Beləki, həmin müraciətdə deyilir ki, Lənkəran “MERO”sunda qeydiyyat-imtahan və texniki baxış şöbəsi sözün həqiqi mənasında bazara çevrilib. Həmin işləri isə “MERO” rəisinin müavini və digər işçisiləri həyata keçirir. İddiaya görə, “MERO” rəisi son aylar biznesini çiçəkləndirmək üçün “Açıq qapı” sistemi elan edib. Yerli camaat yeni rəis Mübariz Əhədovun müavini Raqib vasitəsilə istənilən şəxsə rüşvətlə sürücülük vəsiqəsi verdiyi üçün onun əməllərinə “Açıq qapı” sistemi deyirlər. Yəni, 1200 manat civarında pulu olan hər bir vətəndaş Lənkəran Qeydiyyat-İmtahan Şöbəsindən sürücülük vəsiqəsi əldə edə bilər.
Lənkəran sakinləri iddia edirlər ki. hazırda qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 870 manatdan 970 manata, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1070 manatdan 1170 manata qaldırılıb. «E-D və digər kataqoriyalari isə əldə etmək bir qədər baha başa gəlir».
Görünür yeni təyinat almış Mübariz Əhədov prezidentin, qanunları pozan,camaatı incidən məmurları tənqid etdiyi məşhur çıxışından xəbəri yoxdur…

Görəsən bu cür özbaşnalıqlar edən, hər gün səhər saatlarından işə gəlib qapını bağlı saxlayan “MERO” rəisi, müavini Raqibin əli ilə bütün pulyığma kompaniyasını daxili telefon vasitəsi ilə həyata keçirir. Lənkəran sakini Fərahim, Cəlilabad sakini Aydın , Şahverən müəllim və Qurban kişinin Mübariz müəllimin idarəsində üzləşdiyi korrupsiya halları haqda ilginc məlumatları əldə etdiklərini və bunu videoya çəkdiklərini bildirir. Və qiymətlərin bu qədər süni şişirdilməsindən narazılıq ediblər.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq

GUNinfo.az