backend

"Qardaşım generalın əlindən intihar etdi" – Məhkəmədə qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Mətləb Mustafayev çıxış edib. O, evində və bacısı İradə Hümbətovanın evində axtarış aparılmasını qanunsuz olduğunu və intihar edən MTN polkovniki olan qardaşı Mətləb Mustafayevin Elçin Quliyevin əlindən intihar etdiyini deyib.
Bu zaman Elçin Quliyev və zərərçəkən arasında mübahisə yaranıb.
Elçin Quliyev zərərçəkənə barmağını ona tərəf uzatmaması ilə bağlı irad bildirib və onu təhqir edib.
Hakim hər iki tərəfə xəbərdarlıq edib.
Həmçinin hakim Elbəyi Allahverdiyev və zərərçəkən Mətləb Mustafayevin dediklərinin protokollaşmasını istəyib.
Elçin Quliyev qısa ifadə verərək Malik Mustafayevi  intiharı ilə heç bir əlaqəsinin olmadığını deyib.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.