Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinə məxsus zirehli avtomobil partladılıb.
Editor.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.
Qeyd olunur ki, həmin avtomobil səfirliyin əməkdaşlarını daşımaq üçün istifadə olunur.
Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.