Fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının sayı 4,3 min nəfəri keçib.
Editor.az bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat verib. Təbii fəlakət 2921 nəfərin həyatına son qoyub. Bundan əlavə, daha 15 834 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Eyni zamanda Suriyada zəlzələ nəticəsində ən azı 1,4 min nəfər ölüb, 3 mindən çox insan isə yaralanıb. “The Guardian”ın mənbələrə istinadən verdiyi məlumata görə, Suriyanın şimalındakı Racu şəhərində 20-yə yaxın İŞİD döyüşçüsü təbii fəlakətdən istifadə edərək həbsxanadan qaçıb.
Orada ümumilikdə 2 minə yaxın insan türkyönlü qüvvələrin nəzarəti altında saxlanılır, onlardan 1,3 min nəfəri İslam Dövlətinin fəaliyyətində iştirakda şübhəli bilinir. “Zəlzələdən sonra məhbuslar üsyan etməyə başlayıbr və həbsxananın bir hissəsini ələ keçiriblər. Həbsxana binasının divarları və qapıları çatlayıb”, – həbsxana əməkdaşı bildirib.
//Samir Qurbanov, Editor.az