Rusiya prezidenti Vladimir Putin “Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması” haqqında müqavilə (AKKA) ilə bağlı fərman imzalayıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, Putinin imzaladığı fərmana əsasən, 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış AKKA ləğv edilib.
Qeyd edək ki, tərəflərin şərti qüvvələrinə məhdudiyyətlər qoyan AKKA NATO və Varşava müqaviləsi ölkələri arasında imzalanıb. 2015-ci ildə Rusiya AKKA çərçivəsində keçirilən görüşlərdə iştirakını dayandırmaq qərarına gəlib.
//Safura Bənnayeva, Editor.az