ABŞ administrasiyası Türkiyənin “F-16” qırıcıları üçün modernləşdirmə proqramını təsdiqləyibbackend

ABŞ administrasiyası Türkiyənin “F-16” qırıcıları üçün modernləşdirmə proqramını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar administrasiyası Türkiyənin “F-16” qırıcıları üçün 259 milyon dollarlıq modernləşdirmə proqramını təsdiqləyib. İndi bu, ABŞ parlament tərəfindən təsdiqlənməlidir.

Nəticə müsbət olarsa, son bir neçə ildə ABŞ Konqresi tərəfindən təsdiqlənmiş Türkiyə ilə ilk MTC müqaviləsi olacaq. Vaşinqton ümid edir ki, Ankara bunu “müsbət siqnal” kimi qəbul edəcək. Bununla belə, planlaşdırılan razılaşma Türkiyənin ABŞ-dan gözlədiklərinin yalnız kiçik bir hissəsidir.

ABŞ Dövlət Departamentindən vurğulayıblar ki, “Türkiyə çoxdankı və dəyərli NATO müttəfiqidir”. Buna görə də Co Bayden administrasiyası onun “F-16” donanmasının avionikasını standartlara uyğunlaşdırmaq səylərini” dəstəkləyir. ABŞ Konqresinin Dövlət Departamentinin qərarını təsdiqləmək və ya rədd etmək üçün 15 gün vaxtı var.

//Samir Qurbanov,Editor.az