ABŞ Ukraynaya yeni hərbi yardım göndəribbackend

ABŞ Ukraynaya yeni hərbi yardım göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya yeni hərbi yardım paketi göndərib. Bu paketlə Bayden administrasiyası vəzifəyə gəldikdən sonra ABŞ-ın hərbi inventarından Ukraynaya yardımı 15,8 milyard dollara çatdırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

Digər tərəfdən ABŞ Müdafiə Nazirliyi 600 milyon dollarlıq yeni yardım paketinin detallarını paylaşıb.

” Paketə daxildir: Yüksək Performanslı Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə sursat; 236,105 mm artilleriya mərmisi; 1000 dəqiq idarə olunan 155 mm artilleriya mərmisi; Dörd artilleriya əleyhinə radar; dörd yük maşını və səkkiz ağır texnikanın daşınması üçün qoşqu Hava Sistemləri; minatəmizləmə avadanlığı; Claymore hərbi sursatları; dağıdıcı sursat və avadanlıqlar; atıcı silahlar və döyüş sursatları; gecə görmə cihazları, soyuq hava avadanlığı və digər sahə avadanlığı.”-, Pentaqondan edilən yazılı açıqlamada bildirilib.

//Gülnarə Abasova, Editor.az