Akrobat qadın səhnədə faciəvi şəkildə öldü-FOTObackend

Akrobat qadın səhnədə faciəvi şəkildə öldü-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 15-də Çinin Anhoy əyalətinin Huqao kəndində konsert zamanı kaskadyor yıxılaraq ölüb.

Editor.az bildirir ki, bu barədə “China Daily” yazıb. Qadın akrobat uçan trapesiyada çıxış edərkən səhnənin döşəməsinə yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. O, əri ilə birlikdə kaskadyorluq edib. Çıxış zamanı onları təxminən 10 m hündürlüyə qaldırıblar. Firdi yerinə yetirən qadın partnyorunun boynundan yapışmalı olsa da, əlləri ayrılıb və o, yerə düşüb.

Çin Akrobatlar Dərnəyi “hadisədən kədərləndiyini və şoka düşdüyünü” bildirib. Media yazır ki, bundan sonra onlar “təhlükəsizliyə və təlimə” daha çox diqqət yetirəcəklərini əlavə ediblər. Cütlüyün dostları “What’s on Weibo”ya bildiriblər ki, onlar uzun illər birlikdə çıxış ediblər və çox vaxt proqramlarında təhlükəsizlik xətləri olmayıb. Beləliklə, onlar öz nömrələrinə görə daha çox maaş ala bildilər.

Bundan əlavə, cütlük tamaşaların estetikasına da xüsusi önəm verib. Bu cür nömrələr üçün cütlük 290 dollar alırmış.

//Samir Qurbanov,Editor.az