Avropa çempionatında bürünc medal qazanan idmançımıza qarşılama mərasimi keçirilibbackend

Avropa çempionatında bürünc medal qazanan idmançımıza qarşılama mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə güləş məktəbinin yetirməsi Gültəkin Şirinova Avropa çempionatında bürünc medal qazanıb. Bununla əlaqədar doğma Nizami Yurduna qayıdan idmançımızın qarşılanma mərasimi keçirilib.

Gəncə İdman Liseyində baş tutan qarşılanma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Yap Gəncə Şəhər Təşkilatının sədri Ramil Orucov, Şöhrət Ordenli, Əməkdar Bədən tərbiyəsi və İdman xadimi Elçin Zeynalov, İdman Liseyinin direktoru Mehman Allahverdiyev, şəhər 1 və 2 nömrəli UGİŞM-nin direktorları Ramil Qasımov, Asif Həsənov və şəhərin idman ictimaiyyəti iştirak edib.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov qarşılanma mərasimində çıxış edərək, Gültəkin Şirinovanı təbrik etmiş və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Gültəkin Şirinova ilə yanaşı Avropa çempionatında Gəncəli daha bir idmançı Jalə Əliyevada qızıl medal qazanmışdır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etdiyi tədbirdə iştirak edib.