Avropada enerji böhranının həlli yolları axtarılırbackend

Avropada enerji böhranının həlli yolları axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna-Rusiya müharibəsi səbəbiylə tətbiq edilən sanksiyalar çərçivəsində Rusiyadan təbii qaz idxalının kəsilməsi qitədə enerji qıtlığı yaratsa da vətəndaşların ucuz istilik yollarını axtardığı aydın olur.

Editor.az xarici mediaya əsasən bildirir ki, Çin Elektrikli Alət İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, yanvar-iyul aylarında Avropa ölkələrinə elektrik örtükləri ixracı əvvəlki illə müqayisədə 97 faiz, elektrik qızdırıcıları ixracı isə 23 faiz artıb.

Digər tərəfdən, bəzi məhsullara tələbin artmasına baxmayaraq müharibə və yüksək inflyasiya nəticəsində irəli sürülən təklifin az olması səbəbindən ümumi tələbat azalıb. Çin istehsalçılarının Avropaya elektrik cihazları ixracı ilk 7 ayda keçən illə müqayisədə 9,3 faiz azalıb.

//Safura Bənnayeva