Ankarada bələdiyyə avtobusunda iki qrup arasında dava baş verib.
Editor.az lent.az-a istinadən bildirir ki, bu barədə “Ensonhaber” məlumat yayıb.
Hadisə anı şahidlərin mobil telefonlarının kamerlarına yansıyıb.
367 nömrəli Mamak-Ulus avtobusunda baş verən hadisədə yola çıxan avtobusda iki qrup arasında naməlum səbəbdən mübahisə düşüb.
Əvvəlcə bir neçə qadın bir-birini söyüb hücuma keçib.
Bir kişi müdaxilə edərək qadınları ayırmağa çalışıb.
Bu vaxt qadınlardan biri kişini vurub.
Kişi qadını vurduqdan sonra digər sərnişinlər müdaxilə edib.
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!