Bakıda ana və iki azyaşlı övladını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçildibackend

Bakıda ana və iki azyaşlı övladını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ana və azyaşlı uşaqlarını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Pravda.az-a bildirilib ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində elan edilib.
Qeyd edilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.