Bayden ilk dəfə Belarusda nüvə silahının yerləşdirilməsinə münasibət bildiribbackend

Bayden ilk dəfə Belarusda nüvə silahının yerləşdirilməsinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı bəyanatını şərh edib.

Editor.az CNN-ə istinadən xəbər verir ki, Bayden jurnalistlərə Rusiyanın qonşu ölkədə nüvə silahı yerləşdirmək planlarından narahat olduğunu deyib. “Biz helikopterdə olarkən nəsə baş verməsə yaxşıdı. Onlar hələ bunu həyata keçirtməyiblər. Təbii ki, bu, hamı kimi məni də narahat edir. Keçən il sizinlə nə danışmışdım? Bu, təhlükəli və narahatedici söhbətdir”, – deyə Prezident əlavə edib.

Qeyd edək ki, martın 25-də Putin Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikildiyini bəyan edib.

//Gülnarə Abasova, Editor.az