Prezident iki nazirə yeni səlahiyyət verdi – SƏRƏNCAMbackend

Prezident iki nazirə yeni səlahiyyət verdi – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifovdur.