Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadabackend

Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyasında araşdırmalar aparmaq üçün yola düşüb.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, Qrossi Ukraynada Zaporojya AES-i izləmək üçün bir agentlik olaraq daimi nümayəndəlik qurmağa ümid etdiklərini ifadə edib.

Xatırladaq ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. Altı nüvə reaktoru olan və 5700 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

Qeyd edək ki, elektrik stansiyası martın 4-də Rusiya tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlara görə bir-birini günahlandırır.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!