Çin hakerləri Böyük Britaniya Müdafiə Nazirliyinin saytını sındırıblarbackend

Çin hakerləri Böyük Britaniya Müdafiə Nazirliyinin saytını sındırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Müdafiə Nazirliyi podratçısının saytı sındırılıb.

Editor.az bildirir ki, bu barədə “Sky News” mənbələrə istinadən xəbər verir. Telekanalın məlumatına görə, hakerlər hazırkı və keçmiş hərbi qulluqçuların əmək haqqı hesablama sisteminə daxil olub və bununla da Britaniya Müdafiə Nazirliyinin əməkdaşlarının adlarını və şəxsi məlumatlarını, o cümlədən bank rekvizitlərini öyrəniblər.

“Sky News”un həmsöhbətləri iddia edirlər ki, hakerlər Çin hakimiyyəti ilə əlaqədədirlər. Britaniya hökuməti baş verənlərin rəsmi versiyasını bu gün, mayın 7-də təqdim edəcək. Bununla yanaşı, telekanal qeyd edir ki, Britaniya hakimiyyəti Çini zərərli hərəkətlərdə birbaşa ittiham etmək fikrində deyil.

Artıq Müdafiə Nazirliyinin podratçısı olan şirkətin saytına kiberhücumla bağlı departament araşdırmaya başlanılıb. Hələlik Britaniya tərəfinin bunun hərbçilərin şəxsi məlumatlarına genişmiqyaslı icazəsiz giriş olduğuna inanmağa əsas yoxdur. “Sky News” yazır ki, hakerlik əlamətləri aşkar edildikdən dərhal sonra podratçının sistemi söndürülüb.

//Samir Qurbanov, Editor.az