Çin: “Keçmiş Sovet sosialist respublikalarının suveren dövlət statusuna hörmətlə yanaşırıqbackend

Çin: “Keçmiş Sovet sosialist respublikalarının suveren dövlət statusuna hörmətlə yanaşırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sovet İttifaqı bir dövlət kimi beynəlxalq hüququn və beynəlxalq münasibətlərin subyekti idi. Sovet İttifaqı dağıldıqdan sonra müstəqil respublikaların suveren dövlət statusunu ləğv edən heç bir hal yoxdur”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninkin Pekində keçirilən mətbuat konfransında səfir Lu Şayinin sözləri ilə bağlı verilən suala cavabında qeyd edib.

O, qeyd edib ki, Çin keçmiş Sovet Sosialist Respublikalarının suveren dövlət statusuna hörmətlə yanaşır. Mao, Çinin Ukrayna məsələsində də mövqeyinin aydın olduğunu və beynəlxalq ictimaiyyətlə birlikdə böhranın siyasi həlli səylərinə töhfə verməyə davam edəcəyini bildirib.

Bəzi media orqanlarının bu mövqeyi yanlış təqdim etdiyini və müvafiq ölkələrlə Çin arasında qarşıdurma yaratmağa çalışdığını hesab edən Mao Səfir Lu-nun Krımla bağlı sözlərinin doğru və ya yalan olduğuna dair şərh verməkdən çəkinib.

//Safura Bənnayeva, Editor.az