Fərid Şahbazlı: “Azərbaycan gəncləri seçkilərdə İlham Əliyevi dəstəkləyəcək”backend

Fərid Şahbazlı: “Azərbaycan gəncləri seçkilərdə İlham Əliyevi dəstəkləyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda 7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək Prezident seçkiləri müzakirə edilib.

Toplantıda çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, 7 fevralda keçiriləcək seçkilər yalnız Azərbaycan Respublikasının prezidenti vəzifəsinə şəxsin seçilməsi faktı ilə əlamətdar deyil. Onun sözlərinə görə, bu seçkilər həm də Azərbaycanın dövlət olaraq gələcək təhlükəsizliyinin qorunması, yeni çoxvektorlu inkişaf strategiyasının icra olunması ilə bağlı Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olacaq:

“Cəmiyyətimizin avanqardı və lokomotivi olan gənclərin mütləq əksəriyyətinin seçkilərlə bağlı mövqeyi tamamilə aydın və prinspialdır. Gənclərimiz seçkilərdə Azərbaycan gəncliyinin ən etibarlı dostu və himayədarı Prezident İlham Əliyevi dəstəkləyir. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə uyğun olaraq, Azərbaycan gəncliyinin hərtərəfli inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərin milli ruhda təlim-tərbiyəsi, sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq potensiallarının stimullaşdırılması hər zaman dövlət başçısının gündəliyində olub. Bununla bağlı dövlətimiz tərəfindən çoxsaylı proqramlar icra edilib, strategiyalar reallaşdırılıb.
Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, eyni zamanda müasir çağırışlara uyğun olaraq, hərtərəfli formada inkişaf edib. Təsadüfi deyil ki, hazırda ölkə gəncləri cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edirlər və onlar bütün sahə və sektorlarda öz potensiallarını reallaşdırmaq imkanlarına malikdirlər”.

Fərid Şahbazlı bildirib ki, Prezident İlham Əliyev doğma Qarabağda 30 illik işğala son qoyaraq, tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə adını əbədi yazdırıb: “Əminəm ki, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti, eyni zamanda “İslahatçı Gənclər” İctimai Birliyinin bütün üzvləri 7 fevralda keçiriləcək Prezident seçkilərində Müzəffər Ali Baş Komandanı dəstəkləyəcək”.

//Editor.az