FSB Krımın enerji sisteminə təxribat törətmək planının qarşısını alıbbackend

FSB Krımın enerji sisteminə təxribat törətmək planının qarşısını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krımın enerji sistemi ilə bağlı təxribat planının qarşısının alındığını açıqlayıb.

Editor.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, FSB rəsmiləri qeyd ediblər ki, Krımın Kerç şəhərində təxribat törətməkdə qərarlı olan iki nəfər saxlanılıb. Bildirilib ki, biri Ukrayna və Rusiya vətəndaşı olan şübhəlilərin evində aparılan axtarış zamanı evdə hazırlanmış bombalar və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə yazışmaların olduğu rabitə vasitələri aşkar edilib.

Qeyd edilib ki, şübhəlilər barəsində təxribat hazırlığı və qanunsuz partlayıcı maddələrin saxlanması əsasında istintaq başlayıb.

//Gülnarə Abasova, Editor.az