G7 ölkələri Rusiyanın iqtisadi sanksiyalardan yayınmasına qarşı əməkdaşlığı artıracaqbackend

G7 ölkələri Rusiyanın iqtisadi sanksiyalardan yayınmasına qarşı əməkdaşlığı artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 xarici işlər nazirləri Yaponiyanın sədrliyi ilə ölkənin Naqano əyalətinin Karuizava şəhərində görüşüblər.

Editor.az xarici mediaya istinadən bildirir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazirlərin görüşündə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı sanksiyaların vacibliyi vurğulanıb.

Rusiyanın qüvvədə olan iqtisadi sanksiyalardan yayınması və rəsmi Moskvaya üçüncü dövlətlərdən hərbi yardım göndərilməsinin qarşısının alınması istiqamətində əməkdaşlığı genişləndirmək öhdəliyi götürülüb.

İclasda Rusiyaya qarşı cəza tədbirlərinin gücləndirilməsi və bu cəza tədbirlərinin tam və razılaşdırılmış şəkildə həyata keçirilməsi vəd edilib. Nazirlər Rusiya prezidenti Vladimir Putinin keçən ayın sonunda Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını pisləyiblər.

“Biz Rusiyanın nüvə silahından istifadə etmək hədəsi də daxil olmaqla, status-kvonu güc yolu ilə dəyişdirmək üçün hər hansı birtərəfli cəhdi qəti şəkildə rədd edəcəyik”-deyə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi bildirib.

//Safura Bənnayeva, Editor.az