GT: Çin xarici təzyiqlərə görə Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini azaltmayacaqbackend

GT: Çin xarici təzyiqlərə görə Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini azaltmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Qərb ölkələrinin xarici təzyiqlərinə görə Rusiya ilə hərbi əməkdaşlıq səviyyəsini azaltmağı planlaşdırmır.

Editor.az bu barədə Çinin “Global Times” qəzetinə istinadla məlumat verir.

Məqalədə bildirilir ki, bəzi Qərb KİV-ləri Çinin müdafiə nazirinin Rusiyaya səfərini dünya nizamını dəyişmək cəhdi kimi şərh etməyə çalışırlar. Nəşr onu da qeyd edir ki, KİV Çin Xalq Respublikasının Rusiyaya mümkün silah tədarükü ilə bağlı tezisləri şişirdir: “Bu ittihamlar qeyri-peşəkarlıqla, hətta pis niyyətli siyasi detallarla izah olunur. Çin heç vaxt digər dövlətləri beynəlxalq arenada kiməsə hücum etmək üçün tərəf tutmağa məcbur etməyib və təbii ki, Pekin kənar təzyiqlərə görə digər tərəfdaşlarla əməkdaşlığın səviyyəsini azaltmayacaq”.

Nəşrin yazdığına görə, iki ölkənin müdafiə nazirlikləri arasında mübadilələr təhlükəsizlik sahəsində qarşılıqlı etimadın qorunması üçün böyük əhəmiyyət kəsb edir və normal münasibətlər üçün qarşılıqlı siyasi etimad rolunu oynayır.

Bundan əvvəl Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirmişdi ki, Rusiya ilə Çin arasında hərbi sahədə əməkdaşlıq üçüncü tərəflərə yönəlməyib və buna görə də heç bir ölkə üçün təhlükə yaratmır.

//Gülnarə Abasova, Editor.az