İctimai nəqliyyatda gedişhaqqı nə vaxtdan etibarən artırılacaq?- AÇIQLAMAbackend

İctimai nəqliyyatda gedişhaqqı nə vaxtdan etibarən artırılacaq?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif Şurası avtobuslarda gediş haqqının artırılması ilə bağlı məsələyə baxa bilər. Bununla bağlı Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişin daşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkətin dövlət rəhbərliyinə ünvanladığı kollektiv müraciətdə bildirilib.

Bu müraciətə əsasən gediş haqqının nə qədər artırılması nəzərdə tutulur?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, gediş haqqının artırılması məsələsini özəl daşıyıcı şirkətlər qaldırıb:

“Onlar hələ yayda elan etmişdilər ki, bu sahədə işləmək onlar üçün sərfəli deyil. Maliyyə çətinlikləri var. Sentyabr ayında İqtisadiyyat Nazirliyinə müraciət etdilər ki, onların maliyyə problemlərinin həlli ilə bağlı müəyyən yardımlar edilsin. Dövlət də öz növbəsində özəl daşıyıcıların müraciətini qəbul etdi və bildirdi ki, məsələni həll etmək üçün xüsusi işçi qrupu yaradılıb. Bu məsələ araşdırılır. Bundan sonra Baş nazirin sədrliyi ilə Nazirlər Kabinetində müşavirə keçirilib. Müşavirədə də bir çox qurum, nazirlik və agentliklərə tapşırıldı ki, Bakı şəhərində yol- nəqliyyat sahəsində olan problemlər tezliklə həllini tapsın. Bu araşdırmalar hazır olmayana qədər gedişhaqqının artımı gözlənilmir. Burada müxtəlif versiyalar ola bilər. Özəl daşıyıcıların maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün dövlət subsidiya ayıra bilər. Dövlət əslində bu gün ictimai nəqliyyata, bakubusa, özəl daşıyıcı şirkətlərə (dizel) subsidiya ayırır.  Ola bilər ki, bu subsidiyalar ya da gedişhaqqı artırıla bilər. İndiki dövrdə gedişhaqqının yüksəlməsi gündəmdə deyil”.
 
//Safura Bənnayeva, Editor.az